Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidi” mövzusunda tədbir keçirilib.  

17 yanvar 2025 | 18:09

Tovuzda “20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri çıxış edərək bildirmişdir ki, Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş  20 Yanvar hadisəsindən 35 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu faciəni törədənlər  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Lakin düşmənlər buna nail ola bilmədilər. Belə ki, həmin dövrdən başlamış xalqımızın inadlı mübarizəsi nəticəsində artıq bu gün biz 20 Yanvar faciəsini suverenliyimizin tam bərpa ediliyi bir ildə,  “Konstitusiya və Suverenlik İli” çərçivəsində qürurla anırıq.

Sonra Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri, Heydər Əliyev Mərkəzinin direktoru, Tovuz şəhər A.Puşkin adına  tam orta məktəbin direktoru, Qarabağ Müharibəsi Əlilləri, Şəhid ailələri, Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri çıxışlarında  qeyd etmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir.Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı   20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş edilmiş və sərgiyə baxış keçirilmişdir.

 

 

Keçidlər