Tovuzda 2 iyul Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 105 illik yubileyi münasibətilə tədbir keçirilib
Tovuz rayonunda Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteran polislər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər.
RİH başçısı aparatının akt zalında davam edən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək polis əməkdaşlarının təbrik etmiş, onlara çətin və çox şərəfli xidmətlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət etmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ictimai asayişin qorunması, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirdiyi qeyd olunmuşdur.
Daha sonra çıxış edən polis rəisi Habil Əmiraslanov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və əməkdaşlarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Sonda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.