Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 2 iyul Azərbaycan Polisi Günü qeyd olunub

02 iyul 2022 | 11:34

Tovuz rayonunda Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin  şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Məmməd Məmmədov polis əməkdaşlarının hər birini təbrik edərək onlara çətin və çox şərəfli xidmətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət etmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirdiyi qeyd olunmuşdur.

Daha sonra çıxış edən Habil Əmiraslanov daxili işlər orqanlarının yaranma tarixindən və keçdiyi inkişaf yolundan bəhs etmiş, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və  əməkdaşlarına göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Mətləb Abbasov çıxış edərək ölkədə asayişin və təhlükəsizliyin təmin olunmasında polis əməkdaşlarının gərgin əməyinin olduğunu vurğulamış, daxili işlər orqanlarına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.

Sonda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.

Keçidlər