Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilib.

01 fevral 2025 | 13:18

Tovuzda  “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri çıxış edərək bildirmişdir ki, “2 fevral- Azərbaycan Gəncləri Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoymuşdur. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmiş, onun təşəbbüsləri sayəsində şəxsi həyatlarının bütün sahələrində yeni-yeni uğurlar qazanmışlar. Gənc nəslin vətənpərvər ruhda yetişməsinin tarixi əhəmiyyətinin Vətən müharibəsi zamanı qazanılan Böyük Qələbədə özünü biruzə verdiyini vurğulamışdır.

Sonra Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun əməkdaşı, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi çıxışlarında  qeyd etmişlər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.

Daha sonra 2024-cü ildə fərqlənən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun  fəxri fərmanları  təqdim olunmuşdur.

 

Keçidlər