Tovuzda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd olunmuşdur
Tovuz şəhərində Nizami adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nürəddin Mehdiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək bildirmişlər ki, “2 fevral- Azərbaycan Gəncləri Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoymuşdur. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmiş, onun təşəbbüsləri sayəsində şəxsi həyatlarının bütün sahələrində yeni-yeni uğurlar qazanmışlar. Gənc nəslin vətənpərvər ruhda yetişməsinin tarixi əhəmiyyətinin Vətən müharibəsi zamanı qazanılan Böyük Qələbədə özünü biruzə verdiyini vurğulamışlar.
Daha sonra 2023-cü ildə fərqlənən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir gənclər gününə həsr olunmuş geniş konsert proqramı ilə davam etmişdir.