Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyevin siyasi geridönüşü Azərbaycana nəfəs verdi” mövzusunda elmi-praktik konfrans keçirilib

12 iyun 2025 | 17:14

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Tovuz Heydər Əliyev Mərkəzində keçirilən elmi-plaktik konfransda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Məmməd Məmmədov  “15 iyun – Milli Qurtuluş Günü”nün  tarixi əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd edib. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır. Ümummilli Liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun zənginləşdirilməklə  yüksək səviyyədə davam etdirilir və ölkəmizi daim qələbələrə qovuşdurur.  Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqda, onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır.

Daha sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev, Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə sektorunun müdiri Vasif Abdullayev, RİHB-nın Qovlar şəhər İƏD üzrə nümayəndəsi Oruc Binnətov və Y.Sadıqov adına Bozalqanlı kənd ümumtəhsil tam orta məktəbin direktoru Elmira Mürşüdlü çıxış edərək 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydasının təmin edilməsi kimi təxirəsalınmaz tədbirlər barədə  danışıblar. Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini xilas etməsi, ölkəmizi bütün dünyada və regionda dünyəvi bir dövlət kimi tanıtmasıdır.

 

Keçidlər