Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib

15 iyun 2026 | 22:42

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə möhtəşəm bayram konserti təşkil olunub.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tovuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən konsert proqramında Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişafındakı müstəsna xidmətləri xüsusi vurğulanıb.

Bayram tədbirində respublikanın tanınmış sənət ustaları və musiqiçiləri iştirak ediblər. Sevimli müğənnilər tərəfindən  İfa olunan vətənpərvərlik ruhlu və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Yüksək əhvali-ruhiyyə şəraitində keçən bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

 

Keçidlər