Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini xilas etməsi olub” mövzusunda tədbir keçirilib

14 iyun 2024 | 11:16

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə  Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini xilas etməsi olubmövzusunda tədbir keçirilib.

Tovuz Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək 15 iyun – Milli Qurtuluş gününün tarixi əhəmiyyətini vurğulamış, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edərək qeyd etmişdir ki, əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik və qətiyyətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır. Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun zənginləşdirilməklə  yüksək səviyyədə davam etdirilir və ölkəmizi daim qələbələrə qovuşdurur. 

Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqda, onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır.

Daha sonra YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev, Tovuz DAİM-nin direktoru Emin Eyvazov, RİH başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndənin müavini Mətanət Məmmədova və Qədirli kənd tam orta məktəbinin direktoru Mileyla Bayramova çıxış edərək 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydasının təmin edilməsi kimi təxirəsalınmaz tədbirlər barədə iştirakçıları məlumatlandırmışlar. Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətinin Azərbaycan dövlətçiliyini xilas etməsi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması olduğu vurğulanmışlar.

Keçidlər