Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konsert proqramı keçiriləcək

14 iyun 2024 | 11:25

15 iyun 2024-cü il tarixdə, saat 19:00-da Tovuz şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş konsert keçiriləcəkdir.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının əməkdaşları, Azərbaycan Respublikasının Xalq artistləri Simarə İmanova, Heydər Anatollu, Əməkdar artistlər  Almaz Orucova, İsgəndər Ələsgərov, Qorxmaz Qurbanov və Mirxalid Salayev, Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Ayşən Mehdiyeva, Taleh Yahyayev, Aydın Əliyev, Zahid Rzayev, Elşən Qasımov, Akim Abdullayev, İdris Hüseynov, “Cəngi” rəqs ansambılı iştirak edəcəklər. 

Tovuz Rayon İcra Hakimiyyəti rayon sakinlərini və rayonumuzun qonaqlarını konsertə dəvət edir.

Keçidlər