Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konsert proqramı keçiriləcək

12 iyun 2023 | 19:29

15 iyun 2023-cü il tarixdə, saat 19:00-da Tovuz şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş konsert keçiriləcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Eyyubova, Simarə İmanova, Teyyub Aslanov, Əməkdar artist  Nuriyyə Hüseynova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aytən Məhərrəmova, “Cəngi” rəqs qrupu iştirak edəcəklər.

Tovuz Rayon İcra Hakimiyyəti rayon sakinlərini və rayonumuzun qonaqlarını konsertə dəvət edir.

Keçidlər