Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun- Milli Qurtuluş günü münasibətilə konsert keçirilib

15 iyun 2024 | 22:18

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə bayram konserti keçirilib.

Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının əməkdaşları, Azərbaycan Respublikasının Xalq artistləri Simarə İmanova, Heydər Anatollu, Əməkdar artistlər  Almaz Orucova, İsgəndər Ələsgərov, Qorxmaz Qurbanov və Mirxalid Salayev, Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Ayşən Mehdiyeva, Taleh Yahyayev, Aydın Əliyev, Zahid Rzayev, Elşən Qasımov, Akim Abdullayev, İdris Hüseynov, “Cəngi” rəqs ansambılı geniş konsert proqramı ilə çıxış ediblər.

Konsertdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Keçidlər