Tovuzda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konsert keçiriləcək
05 iyun 2025 | 19:16
14 iyun 2025-ci il tarixdə, saat 19:00-da Tovuz şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş konsert keçiriləcəkdir.
Konsertdə məşhur müğənnilər Nuri&Jane, Azərbaycan Respublikasının əməkdar artisti Elnur Zeynalov və Güllü Muradova iştirak edəcəklər.
Tovuz Rayon İcra Hakimiyyəti rayon sakinlərini və rayonumuzun qonaqlarını konsertə dəvət edir.