Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib

14 iyul 2023 | 16:19

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Tovuz şəhər Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin  abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyini vurğulamış, Heydər Əliyevin ölkə qarşısında misilsiz xidmətlərindən bəhs edərək qeyd etmişdir ki, bu dövrdə respublika həyatının bütün sahələrində  köklü islahatlar aparılıb və sürətli inkişaf baş verib. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. 54 il öncə Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi. Ölkə öz inkişafında yeni mərhələyə qədəm qoydu.  Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütövlükdə ittifaq miqyasında Azərbaycanın və azərbaycanlıların imici dəyişdi.  Qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi.

Daha sonra Tovuz Rayon statistika İdarəsinin rəisi Niyazi Tağıyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, Heydər Əliyev  Mərkəzinin direktoru Humay Aslanova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Tovuz Dövlət Sosial-iqtisadi Kollecin müəllimi Malik Qurbanov “Heydər Əliyev hakimiyyətinin birinci dövründə Dağlıq Qarabağ məsələsi”  və  A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin direktoru İlhamə Zeynalova “Heydər Əliyev hakimiyyətinin birinci dövründə  Azərbaycan təhsili”  mövzusunda çıxışlar  etdilər.

 

                               

        

Keçidlər