Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “1 oktyabr  Prokurorluq işçilərinin peşə bayramı günü” qeyd edilib 

01 oktyabr 2024 | 15:30

Tovuzda “1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü” qeyd edilib.Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Prokuroru Maarif Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Tovuz şəhər mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbir Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.

Tovuz rayon İcra Hakimiyəyətinin başçısı M.Məmmədov rayon prokurorluğunun işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür.

Tovuz rayon Prokuroru Maarif Hüseynov RİH başçısına öz kollektivi adından təşəkkürünü bildirib,  dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Xidməti fəaliyyətində fərqlənən Tovuz rayon Prokurorunun müavini İlkin Musayevə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

 

Keçidlər