Tovuzda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə “1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmişdir. Həmin tarixdən başlayaraq hər il bu gün prokurorluq orqanlarında çalışan işçilərin peşə bayramı kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı Tovuz rayonunda da qeyd olunmuşdur.
Əvvəlcə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Prokuroru Maarif Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Daha sonra RİH başçısı rayon prokurorluğunun işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etmiş, bundan sonraki bütün fəaliyyətlərində, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsindəki xidmətlərində uğurlar arzulamışdır.
Sonda fəaliyyətində fərqlənən prokurorluq əməkdaşına Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.