Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib

01 iyun 2023 | 20:45

Bu gün Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə Heydər Əliyev mədəniyyət və istirahət parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidlərin, qazilərin və müharibə iştirakçılarının övladları, rayonun təhsil müəssisələrinin uşaq fəaliyyət qrupları və rayonun balaca sakinləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunub.

Tovuz RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova çıxış edərək uşaqlara öz təbriklərini çatdırıb. T.Bayramova qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan  ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların hüquqlarını müdafiəsi olmuşdur.

Sonra uşaqlar üçün hazırlanan bədii hissədə rayonun incəsənət ustalarının ifasında konsert təşkil edilib.

Tədbirdə uşaqların ifasında rəqslər və flaşmoblar, idman növlərini nümayişi, rəsm və əl işi sərgiləri, uşaqlar üçün üz boyama təşkil olunub.

 Sonda tədbirdə iştirak edən şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub.

Keçidlər