Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili” mövzusunda dəyirmi masa və kitab sərgisi keçirilib

01 avqust 2024 | 18:28

Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələrinin və fəal uşaqların təşəbbüsü ilə Tovuz Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili” mövzusunda dəyirmi masa və kitab sərgisi  keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələri, fəal uşaqlar və  müəllimlər iştirak ediblər.

Şagirdlər çıxış edərək bildirmişlər ki, Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdiriblər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi.

Sonda Tovuz Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilmiş Azərbaycan Əlifbası və Azərbaycan dilidən bəhs edən kitablardan ibarət sərgi nümayiş etdirilmişdir.

Keçidlər