Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində yeni mini məhəllə futbol meydançaları istifadəyə verilib

20 may 2026 | 19:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasətində idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və müasir idman infrastrukturunun yaradılması əsas prioritet istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin bütün bölgələrində idmanın kütləviləşdirilməsi, xüsusilə uşaqların və yeniyetmələrin sağlam ruhda formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə mühüm layihələr ardıcıl şəkildə icra olunur.

Bu istiqamətdə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Tovuz şəhəri ərazisində iki ünvanda mini məhəllə futbol meydançası yaradılmışdır. Müasir tələblərə uyğun şəkildə qurulan meydançalar məhəllə futbolunun inkişafına, kiçik yaşlı uşaqlarda futbola maraq və sevginin artırılmasına xidmət edəcəkdir.

Layihənin əsas məqsədlərindən biri də gələcəkdə yüksək liqalarda çıxış edən klublarımıza yerli və peşəkar futbolçular qazandırmaq, regionlarda futbol ənənələrini daha da gücləndirməkdir. Yeni yaradılan mini futbol meydançaları uşaqların idmana cəlb olunmasına, onların fiziki və mənəvi inkişafına mühüm töhfə verəcəkdir.

Tovuz Rayon İcra Hakimiyyəti bundan sonra da rayonda idmanın inkişafı, sağlam gəncliyin formalaşdırılması və müasir idman infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirləri davam etdirəcəkdir.

 

Keçidlər