Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

30 may 2023 | 15:55

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Tovuzda da abadlıq-quruculuq işləri davam edir.
Bu işlərin davamı olaraq Tovuz şəhərinin Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar və Musa Musayev küçələrində abadlıq-quruculuq işləri görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində aparılan abadlıq və quruculuq işlərilə yerində tanış olmuş müvafiq tapşırıqlar və tövsiyələr vermişdir.
Görülən işlərə görə ölkə rəhbərinə təşəkkürlərini bildirən sakinlər aparılan abadlıq və təmir-bərpa işlərinin onların rahatlığına xidmət etdiyini qeyd etmişlər.

Keçidlər