Tovuz şəhəri ərazisində yerləşən parklarda yenidənqurma işləri aparılır
Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Görülən işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili və müasir şəhər infrastrukturunun formalaşdırılması məqsədi daşıyır.
Bu istiqamətdə Tovuz şəhəri ərazisində yerləşən parklardan birində əsaslı yenidənqurma işləri həyata keçirilmişdir. Parkın ərazisində müasir tələblərə uyğun abadlıq işləri aparılmış, yeni gül kolları və dekorativ ağaclar əkilmiş, geniş yaşıllıq zolaqları və müasir qazon örtüyü salınmışdır. Eyni zamanda, sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə yeni səki xətləri çəkilmişdir.
Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayonun digər ərazilərində də bu qəbildən olan abadlıq və quruculuq işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






