Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz RİH başçısı Milli Qəhrəman Vaqif Qurbanovun ailəsi ilə görüşüb

12 yanvar 2026 | 14:20

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2025-ci il tarixli Sərəncamı ilə  Qurbanov Vaqif Bəxtiyar oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman pilot Vaqif Qurbanovun ailə üzvləri ilə görüşüb. RİH başçısı şəhidin ailəsinə dövlətin daim onların yanında olduğunu, göstərilən  diqqət və qayğının davamlı xarakter daşıdığını bildirib.

Görüş zamanı ailə üzvlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, Vaqif Qurbanovun göstərdiyi misilsiz qəhrəmanlıq nümunəsi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılıb və onun xatirəsi daim uca tutulacaq.

Görüşün sonunda Vaqif Qurbanovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər