Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz RİH başçısı ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayan bir qrup məzunlarla görüşüb

29 avqust 2024 | 17:19

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2023-2024 tədris ilində yüksək bal toplayan məzunlarla görüşüb.

Tədbir iştirakçıları qarşısında çıxış edən Məmməd Məmmədov yüksək bal toplayaraq tələbə adını qazanan məzunları təbrik edərək onlara bundan sonrakı bütün fəaliyyətlərində uğur və nəaliyyətlər arzulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğının ölkə təhsilinin inkişafında xüsusi əhəmiyyəti olduğunu qeyd edən RİH başçısı, həmin siyasətin nəticəsi olaraq Tovuzda da təhsil sahəsinin uğurla inkişaf etdiyini və yüksək nəticələr əldə olunduğunu vurğulamışdır.

Sonra Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəbin direktoru Sadıq Rəhimov və Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Ramiz Məmmədov  çıxış edərək ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda yüksək səviyyəli təhsil sisteminin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bundan sonra da ölkəmiz və rayonumuzun gələcəyi üçün daha böyük səylə çalışacaqlarını qeyd etmişlər.

Daha sonra yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər