Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Yanıqlı kəndində səyyar qəbul keçirilib

06 aprel 2023 | 18:44

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Yanıqlı kəndində səyyar qəbul-görüş keçirib.

Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində baş tutan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul görüşdə iştirak edən Yanıqlı kənd İƏD üzrə nümayəndəliyin tərkibinə daxil olan Yanıqlı, Aran, Böyük Xoşdarlı, Kəcavənd,  Qozdərə,  Məşədilər və Sadıqlı kəndlərinin sakinləri onları narahat edən məsələlər ilə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşların müraciətlərinin həlli istiqamətində lazımi tapşırıqlar verilib, bəziləri isə yerində öz həllini tapıb.

Kənd sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən və respublikamızda həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər