Tovuz rayonunun Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi “Mülki müdafiə günü” keçirilmişdir
Аzərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 25.09.1998-ci il tarix 193 saylı qərarına, həmçinin Gəncə Regional Mərkəzinin 2023-cü il üçün Hazırlıq planına və Tovuz Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi 2023-cü tədris ilində rayonun idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim-planına müvafiq olaraq Tovuz rayonunun Yusif Saddıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi qaydada “Mülki müdafiə günü” keçirilmişdir.
İlk öncə Tovuz rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Tovuz təhsi sektorunun səlahiyyətli nümayəndələrinin, məktəb direktorlarının, təlim tərbiyə işləri üzrə direktor müavinləri və gənclərin çağırşaqədərki hazırlıq üzrə hərbi rəhbərlərinin iştirakı ilə “Məktəblərdə Mülki müdafiənin işinin təşkili, Mülki müdafiə tədbirlərinin və “Mülki müdafiə günü”nün keçirilməsinə” həsr olunmuş iclas keçirilmişdir.
İclasda FHN Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Rauf Abbasov və Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, mayor Bəhayi Nəsirov mövzu ətrafında geniş çıxışlar etmişlər və tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Tədbirdə Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iştirakı ilə yanğın zamanı (təlim olaraq) həyacan siqnalı ilə məktəbin şəxsi heyətinin və mülki müdafiə qüvvələrinin qabaqcadan təyin olunmuş təhlükəsiz əraziyə təxliyəsi təşkil olunmuş, sonra məktəbin mülki müdafiə qüvvələri, rayon Dövlət Yanğindan Mühafizə Hissəsinin yanğınsöndürənləri ilə birlikdə, yanğınların söndürülməsi, yaralıların xilas edilməsi, həkiməqədərki ilkin tibbi yardımın göstərilməsi üsullarını nümayiş etdirmişlər. Məktəbin yuxarı sinif şagirdlərindən normativlər götürülmüş, onların sıra hazırlığına baxış keçirilmişdir.
Sonra məktəbdə Mülki müdafiə dərslərinin keçirilməsini yoxlamaq üçün açıq dərslərdə iştirak olunmuşdur.