Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Qovlar şəhərində səyyar qəbul keçirilib  

27 yanvar 2023 | 18:04

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Qovlar şəhərinin sakinləri ilə keçirib.

 S.Kazımov adına Qovlar şəhər tam orta məktəbində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən RİH başçısı “Regionların sosial-iqtisadi inkişaf Proqramı”na uyğun olaraq ölkənin hər yerində, o cümlədən Qovlar şəhərində görülən işlər və həyata keçirilən infrastruktur layihələrini diqqətə çatdırıb.

Sonra Qovlar şəhər sakinləri onları narahat edən məsələlər ilə bağlı müraciətlərini çatdırıblar. Bəzi müraciətlər yerində həllini tapıb, digər məsələlər mərhələli həlli üçün aidiyyəti qurumlara tapşırılıb.

Qovlar şəhər sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən razılıq edib, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər