Tovuz rayonunun Qovlar şəhərində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Qovlar şəhərinin sakinləri ilə keçirib.
Orxan Cabbarov adına Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, yolların əsaslı təmiri, məktəb tikintisi, subartezian quyusunun qazılması və suvarma arxının betonlanması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Qovlar şəhər sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.