Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Hunanlar kəndində səyyar qəbul keçirilib

02 fevral 2023 | 18:10
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Hunanlar kənd sakinləri ilə keçirib.
Hunanlar kənd klubunda keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tovuzda həyata keçirilən tədbirlərdən bəhs etmiş, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün görülən işləri diqqətə çatdırmışdır.
Daha sonra qəbulda iştirak edən Hunanlar kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Keçidlər