Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Əyyublu kəndində səyyar qəbul-görüş keçirilib

23 yanvar 2023 | 18:40

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Əyyublu kəndində səyyar qəbul-görüş keçirib.

Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Məmməd Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ildə əldə olunmuş uğurlardan və 2023-cü ildə qarşıda duran məqsədlərdən danışıb.

Daha sonra Əyyublu kənd sakinləri dinlənilib, onları narahat edən məsələlərin həll yolları araşdırılıb, müvafiq idarə və müəssisələrə tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər