Tovuz rayonunun Düz Qırıqlı kəndində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Düz Qırıqlı kəndinin sakinləri ilə keçirib.
Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Düz Qırıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.