Tovuz rayonunun Dondar Quşçu kəndində səyyar qəbul keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonun Dondar Quşçu kəndində səyyar qəbul-görüş keçirmişdir.
Əvvəlcə Dondar Quşçu kəndinin sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla icra olunan daxili və xarici siyasətdən bəhs etmiş, həmin siyasətin sosial yönümlü olduğunu vurğulamışdır. RİH başçısı ölkədə həyata keçirilən bütün tədbirlərin mərkəzində insan amili dayandığını qeyd etmiş, bu istiqamətdə rayonumuzda görülən işlər barədə kənd sakinlərini məlumatlandırmışdır.
Daha sonra Dondar Quşçu kəndinin sakinlərinin müraciətləri dinlənilib. RİH başçısı vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri ölkə rəhbərliyi tərəfindən insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər.