Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda  Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb

12 dekabr 2023 | 14:28

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Tovuz şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Ulu Öndərin əziz xatirəsini yad edən tədbir iştirakçıları müasir və müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını göstəriblər.

 

 

Keçidlər