Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

12 dekabr 2022 | 17:27

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Tovuz şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ulu Öndərin əziz xatirəsini yad edən tədbir iştirakçıları müasir və müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını göstəriblər.

Keçidlər