Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda qanvermə aksiyası keçirilib

01 sentyabr 2023 | 17:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Talassemiya və digər irsi qan xəstəliklərinin qarşısının alınması məqsədilə donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalamışdır.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Bu gün Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü ilə Tovuzda könüllü qanvermə aksiyası təşkil olunub.

Diaqnostika və Hemodializ Mərkəzində keçirilən aksiyada hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinləri könüllü qan verərək, ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.

 

 

Keçidlər