Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda əmək yarmarkası keçiriləcək

03 oktyabr 2023 | 14:59

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Tovuz rayonunda əmək yarmarkası keçiriləcək.

Tovuz rayonunda baş tutacaq tədbirdə Saloğlu fərdi firması tərəfindən 570 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

🔗 Ünvan və tarix:

📍 Tovuz rayonu, H.Əliyev prospekti 1 (Tovuz Olimpiya İdman Kompleksi)

🗒️ 5 oktyabr 2023

⏰ 10:00-15:00

Keçidlər