Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda əmək yarmarkası keçiriləcək

02 mart 2024 | 12:21

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Tovuz rayonunda əmək yarmarkası keçiriləcək.

Tovuz rayonunda baş tutacaq tədbirdə 15 işəgötürən tərəfindən 100 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Menecer, satıcı kassir, satış məsləhətçisi, kredit mütəxəssisi, əməliyyatçı, planlama mütəxəssisi, sətəm, qaynaqçı, çilingər, qablaşdırıcı, fəhlə, tikişçi vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər 05.03.2024-cü il tarixdə saat 11:00-15:00-dək Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşa bilərlər. 

Keçidlər