Tovuz rayonu Əlimərdanlı kəndində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Əlimərdanlı kəndində səyyar qəbul görüş keçirib.
Səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov çıxış edərək kənd sakinlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə və Bayraq günü münasibətilə təbrik etmiş, hər iki günün tarixi əhəmiyyətindən bəhs etmiş, başda Qarabağ bölgəsi olmaqla ölkənin hər yerində həyata keçirilən sosial-iqtisadi layihələri diqqətə çadırmışdır.
Daha sonra qəbula gələn sakinlər öz müraciətlərini dilə gətirmişlər. Bəzi məsələlərin yerində həll olunması məqsədilə RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilmiş, digərləri qeydiyyata alınmış, mərhələli şəkildə həll olunacağı bildirilmişdir.
Əlimərdanlı sakinləri əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkədə həyata keçirilən islahatlardan razılıq edərək, ölkə rəhbərliyinə təşəkkür etmişlər.