Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib

14 mart 2023 | 14:12

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov RİH başçısı Aparatında vətəndaşların növbəti qəbulunu keçirib. RİH başçısı şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.    

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul əməkdaşlara müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.   

Vətəndaşlar ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər