Tovuz Rayon İcra Hakimiyyətinin başçısı üzümçülük təsərrüfatında olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Aşağı Quşçu kəndində üzümçülük təsərrüfatında olub.
Rayon İcra Hakimiyyətinin başçısı Orucov Mübariz Ərrəhman oğluna məxsus üzüm bağında yaradılmış şəraitlə tanış olub, təsərrüfatda görülən işlərə baxış keçirib. Müxtəlif sortlardan ibarət üzüm plantasiyalarına, o cümlədən süfrəlik və kişmişlik üzüm növlərinin becərilməsi istiqamətində görülən işlərə baxılıb, aqrotexniki qulluq tədbirləri və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, üzümçülük rayonun kənd təsərrüfatının ənənəvi və perspektivli sahələrindən biri olmaqla yanaşı, məşğulluğun artırılmasına və yerli iqtisadiyyatın inkişafına mühüm töhfə verir.
Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi mexanizmləri, subsidiyalar, güzəştli kreditlər və digər təşviq alətləri barədə ətraflı məlumat verilib. Təsərrüfat sahibinə bu imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq tövsiyələr verilib, Dövlət Proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanmağın əhəmiyyəti diqqətə çatdırılıb.
Təsərrüfatın rəhbəri gələcək inkişaf planlarından danışaraq məhsulların uzunmüddətli və keyfiyyətli saxlanılması, eləcə də satış imkanlarının daha da genişləndirilməsi məqsədilə müasir soyuducu anbarın tikintisinə dövlət dəstəyinin göstərilməsinin vacibliyini bildirib.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən üzümçülük və meyvəçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Dövlət tərəfindən tətbiq olunan subsidiya, güzəştli kredit və digər dəstək mexanizmləri sahibkarlığın inkişafına, istehsal həcminin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Sonda təsərrüfatın rəhbəri aqrar sahəyə göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.






