Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı müharibə əlilini evində ziyarət edib.

07 noyabr 2026 | 10:41
8 Noyabr – Zəfər Günü münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Aşağı Quşçu kəndində yaşayan I qrup Vətən müharibəsi əlili Qocayev Emil Azər oğlunun evində olub.
Ziyarət zamanı rayon rəhbəri qazinin səhhəti, müalicəsinin gedişi və gündəlik qayğıları ilə maraqlanıb, onun mövcud vəziyyəti barədə ətraflı məlumat alıb.Görüşdə Vətən müharibəsində iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparmış, bu yolda sağlamlığını itirmiş şəxslərin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Qeyd edilib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davam etdirilməsi, onların sosial məsələlərinin həlli və müraciətlərinə həssaslıqla yanaşılması daim diqqət mərkəzində saxlanılır.
Müharibə əlili Qocayev Emil Azər oğlu ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü ifadə edib.
Keçidlər