Tovuz Rayon İcra Hakimiyyətinin başçısı kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görüşüb
Tovuz rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası sahəsində işlər uğurla yerinə yetirilir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu sahə ilə məşğul olan rayonun Aşağı Öysüzlü və Cəlilli kəndlərində kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanıb.
Baramaçılığa göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən kümçülər, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin bu sahəyə olan marağın xeyli artırdığını vurğulayıblar.
Belə ki, cari mövsümdə 150 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 55 kümçüyə paylanılıb, 220 nəfər işlə təmin olunub. Kümçülər tərəfindən 6 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulmuşdur.