Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görüşüb

22 may 2023 | 17:20

Tovuz rayonunda baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan konkret vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2023-cü ildə bu sahə ilə məşğul olan rayonun  Aşağı Öysüzlü, Cəlilli, Qaraxanlı, Xatınlı və Qədirli kəndlərində kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanıb.

Baramanın yetişdirilməsi üçün əvvəlcədən lazımı hazırlıq işləri görən kümdarlar tərəfindən RİH başçısına məlumat verilib ki, hazırda mövcud yem potensialından səmərəli istifadə olunur və bu il planlaşdırılandan daha çox məhsul əldə ediləcəkdir. Baramaçılığa göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən kümçülər, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin bu sahəyə olan marağı xeyli artırdığını vurğulayıblar.

Qeyd etmək lazımdır ki, cari ildə rayonda 55 nəfər kümçüyə cəmi 170 qutu tut ipəkqurdu paylanmışdır. Rayon ərazisində bu il ümumilikdə 6800 kq yaş barama tədarük edilməsi planlaşdırılır.

Keçidlər