Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Hacıalılı kəndində səyyar qəbul keçirib

15 yanvar 2026 | 18:25

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə keçirilən səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul Hacıalılı kəndində təşkil olunub.

Səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə yerində münasibət bildirilib.

Qəbul zamanı əsasən sosial, infrastruktur və məişət xarakterli problemlər müzakirə olunub. Müraciətlərin bir hissəsi dərhal həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Kənd sakinləri səyyar qəbulun onların müraciətlərinin vaxtında dinlənilməsi və problemlərin operativ həllinə imkan yaratdığını bildiriblər. Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər