Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Əlibəyli kəndində səyyar qəbul keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə keçirilən səyyar qəbulları davam etdirilir. Bu gün səyyar qəbul Əlibəyli kəndində keçirilib.
Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə yerində münasibət bildirilib. Vətəndaşların müraciətlərinin həlli istiqamətində lazımi tapşırıqlar verilib, bəziləri isə yerində öz həllini tapıb.
Kənd sakinləri səyyar qəbul-görüşlərin vacibliyini qeyd edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






