Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Düz Cırdaxan  kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirib

08 yanvar 2026 | 18:56

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən Düz Cırdaxan kəndində vətəndaşların müraciətlərinin birbaşa yerində öyrənilməsi məqsədilə səyyar qəbul keçirilib.

Qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak edərək vətəndaşların qaldırdıqları məsələlər üzrə yerində izahatlar veriblər. Səyyar qəbul kənd sakinləri ilə açıq və qarşılıqlı dialoq şəraitində baş tutub.

Görüş çərçivəsində sakinləri narahat edən sosial, infrastruktur və digər məişət xarakterli məsələlər dinlənilib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Düz Cırdaxan kənd sakinlər belə görüşlərin onların problemlərinin operativ və şəffaf şəkildə həllinə imkan yaratdığını bildirərək, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd ediblər. Görüşün sonunda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər