Tovuz rayon İcra Hakimiyyətinin başçısı Dönük Qırıqlı kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Dönük Qırıqlı kəndində səyyar qəbul-görüş keçirib. Səyyar qəbulda rayonda fəaliyyat göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Kənd sakinləri qarşısında çıxış edən RİH başçısı Məmməd Məmmədov “Regionların sosial-iqtisadi inkişaf Proqramı”na uyğun olaraq ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda həyata keçirilən layihələri və görülən işləri diqqətə çatdırıb.
Daha sonra səyyar qəbulda iştirak edən sakinləri narahat edən məsələlər və mövcud problemlər dinlənilib, müvafiq həll yolları müzakirə edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Dönük Qırıqlı sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.