Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Öysüzlü  kəndində səyyar qəbul keçirib

14 may 2026 | 17:45

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Öysüzlü kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri səyyar qəbulların onların müraciətlərinin yerində dinlənilməsi, operativ araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Sonda kənd sakinləri ölkəmizdə həyata keçirilən sosial siyasətə və vətəndaş müraciətlərinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər