Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Alakol kəndində səyyar qəbul keçirib

12 fevral 2026 | 18:56

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə keçirilən səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul Alakol kəndində təşkil olunub.

Qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər.

Qəbul zamanı əsasən sosial, infrastruktur və məişət xarakterli problemlər müzakirə olunub. Müraciətlərin bir hissəsi dərhal həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Kənd sakinləri səyyar qəbulun onların müraciətlərinin vaxtında dinlənilməsi və problemlərin operativ həllinə imkan yaratdığını bildiriblər. Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər