Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Ağbulaq kəndində səyyar qəbul keçirib

26 fevral 2026 | 17:23

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədilə keçirdiyi səyyar qəbullar davam etdirilir. Növbəti səyyar qəbul Ağbulaq kəndində təşkil olunub.

Qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərə yerində münasibət bildirilib.

Müraciətlər əsasən sosial, infrastruktur və məişət məsələləri ilə bağlı olub. Bir sıra məsələlər yerində həll edilib, əlavə araşdırma tələb edən müraciətlər üzrə isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Sakinlər səyyar qəbulun problemlərin operativ həllinə şərait yaratdığını vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər