Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

09 iyun 2022 | 12:00

2022-ci il iyunun 9-da rayon İcra Hakimiyyətində aparatın məsul əməkdaşları ilə  İcra Hakimiyyəti yanında yeni yaradılmış İctimai Şura üzvlərinin görüşü keçirilib. İcra Hakimiyyətinin başçısı Məmməd Məmmmədov İctimai Şuraya seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.Ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını qeyd edən icra başçısı vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb. M.Məmmədov bildirib ki, ”İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə İcra Hakimiyyəti tərəfindən zəruri dəstək veriləcəkdir.

Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, eyni zamanda ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından vaxtaşırı belə görüşlərin əhəmiyyətli olduğu qeyd olunub. Görüşdə çıxış edən İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Məzahir Bayramov bildirib ki, dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, bu orqanlarda  aşkarlığın və şəffaflığın təmin olunması,  qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması,  bu gün dövlətimizin  xüsusi marağında olan  məsələlər sırasındadır. Şura sədri sonra vətəndaş-vətəndaş cəmiyyəti -ictimai şura-rayon İcra Hakimiyyəti kommunikasiyasının təşkili və əməkdaşlıq istiqamətləri barədə danışaraq qeyd edib ki, bu sırada körpü rolu oynayan İctimai Şura ictimai nəzarəti uğurla həyata keçirərkən İcra Hakimiyyətinə ictimai etimadın bərqərar edilməsinə töhfə vermiş olur.

Görüşdə İctimai şuranın üzvləri vətəndaş cəmiyyəti tərəfindən onlara göstərilən seçici etimadını doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin ictimai maraq kəsb edən  müxtəlif məsələlələrin ictimai  müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.

Keçidlər