Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib

04 sentyabr 2026 | 15:46

Tovuz Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib.

Müşavirədə rayon icra hakimiyyətinin 2026-cı il üzrə iş planına uyğun olaraq müxtəlif istiqamətlərdə görülmüş işlər, vətəndaş müraciətlərinə baxılması, qarşıda duran vəzifələr və fəaliyyətin daha səmərəli təşkili məsələləri, həmçinin rayon ərazisində salınmış yaşıllıq zolaqlarının qorunması və aqrotexniki qulluğun təmin edilməsi müzakirə olunub.

Eyni zamanda müşavirədə 2026-cı il  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlərə baxılıb. Dövlət Proqramının icrası məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış iş planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə elektron xidmətlərə keçidin sürətləndirilməsi, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə vətəndaş qəbullarının və fəaliyyətin təkmilləşdirilməsi, əhalinin problemlərinin yerində araşdırılması ilə bağlı məsələlərə də toxunulub.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası, görüləcək işlərin nəzarətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Keçidlər